SİZİN REKLAM BURADA!
055 213 76 73


Henrix Mxitaryan “Arsenal”ın əsas heyət oyunçusu deyil, ona görə də o, Bakıda “Çelsi”yə qarşı keçirilən Avropa Liqasının finalına getsəydi, ehtiyatda qalacaqdı. 

Bu fikirləri “Moskva-Baku”ya müsahibəsində Rusiya yığmasının sabiq kapitanı, Əməkdar idman ustası, “Arsenal”ın keçmiş oyunçusu Andrey Arşavin deyib. 

“Mxitaryanın olmaması? Henrix “Arsenal”ın əsas heyət futbolçusu deyil, ona görə də o, çox güman ki, hətta ora getsəydi, ehtiyatda qalacaqdı. Onun yoxluğu nəticəyə heç cür təsir göstərə bilməz”, - o deyib. 

Ümumilikdə, Bakıda mayın 29-u keçirilən oyun barədə danışarkən Arşavin bildirib ki, gərgin oyun gözləyirdi və “Arsenal”a üstünlük verirdi. “Çelsi”nin qələbəsi futbolçu üçün gözlənilməz olub. 

“Görmədim ki, “Arsenal” qəhrəmanlıqla nəyisə dəyişmək istəsin. Əlbəttə - bəli, həqiqətən də, ehtiyatdan iki yeni oyunçu meydana daxil oldu, bunlar Matteo Henduzi və Aleks İvobidir. İvobi “Arsenal”ın yeganə qolunun müəllifi oldu, ancaq “topçular”dan heç bir qəhrəmancasına hücumun şahidi olmadım, “Çelsi” isə inamla oyunu sona çatdırdı”, - o qeyd edib. 

“Topçular”ın keçmiş üzvü Bakıdakı matçın təşkili ilə bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, hər şey yüksək səviyyədə təşkil olunub:

“Mən dəqiq deyə bilərəm: Bakı öz tapşırığının öhdəsindən yaxşı gəldi, bu, gözəl vaxt keçirmək üçün möhtəşəm şəhərdir. Burada çoxlu parklar, fontanlar var, İçərişəhəri gəzmək maraqlıdır. Xəzər... Hər şey matç üçün gələn turistlər, azarkeşlər üçün yaradılıb.

Və hər şey yüksək səviyyədə idi. Təşkilatçılıq da həmçinin! Stadiona getmək, qayıtmaq – təşkilatçılıq planları, mən əminəm ki, heç kim bundan narazı qala bilməz. İngilislərin altı saat müddətində uçuşdan narazı qalmasına gəlincə, bəzən belə də olur”.
BAKU.WS