SİZİN REKLAM BURADA!
055 213 76 73


"Arsenal"ın erməni oyunçusu Henrix Mxitaryan Avropa Liqasının Bakıda keçiriləcək "Çelsi" ilə final oyununa gəlməyəcək. BKlub və uyunçunun özü bu qərarı verib.

Azərbaycanlı jurnalist və "Nə? Harada? Nə vaxt?" proqramının iştirakçısı Rövşən Əskərov Mxitaryanın oyuna gəlməkdən imtina etməsinə münasibət bildirib.

BAKU.WS
sports.ru-ya istinadən R.Əskərovun fikirlərini təqdim edir:

– Henrix Mxitaryan Bakıda oynamayacaq. Bu doğrudur? Sizcə bu vəziyyətdə ən yaxşısı hansı variant idi?

– Belə başa düşürəm ki, Mxitaryan "Arsenal"ın əsas oyunçusu deyil.

– Amma bu və ya digər şəkildə komandanın tərkibində gəlməli idi.

– Tərkibdə bir çox insan var. Bu futbolçunun, məşqçinin, klubun şəxsi qərarıdır. Eşidin, biz deyə bilmərik ki, xeyr, hamının onu görməsi üçün mütləq gətirin. Biz deyirik ki, ok, biz onun təhlükəsizliyinə zəmanət veririk. Bitdi! Biz ancaq bunu edə bilərik. Onu məcburən gətirib təhlükəsiz olduğunu göstərə bilmərik.

Hesab edirəm ki, bu mövzunu şişirtmək artıqdır. Əgər "Arsenal" buna görə uduzacaqsa, o zaman belə demək olar: "Baxın, əgər bu oyunçu bizdə olsaydı, udardıq". Lakin bu bizim - Bakının və təşkilatçıların problemi deyil. Bu klubun və futbolçunun özünün qərarıdır. Qoy istədikləri kimi qərar versinlər.Amma bu mövzuda səs-küy qaldırmasınlar.

Başa düşüləndir, o bundan əvvəl də gəlməyib. "Çelsi" - bu o vaxt 3:0 hesabı ilə qalib gəldikləri "Qarabağ" deyil. Lakin "Arsenal" hara gəldiyini çox gözəl bilirdi. İndi niyə bu mövzunu qaldırırlar? Ümid edirəm matç o qədər maraqlı olacaq ki, heç kim bu barədə xatırlamayacaq. Ələxxüsus da, əgər "Arsenal" udarsa.

– Azərbaycan və Ermənistan arasında münaqişə 30 ildir başlayıb...

– 31.

– 31. Bu vəziyyət idmanda nə dərəcədə önəmlidir?

– Ermənistan idmançıları Bakıda keçirilən Avropa oyunlarına gəldilər, medalllar qazandılar. Bakıda çox yarışlar keçirilir və heç bir neqativ hal baş verməyib. Siz Ermənistandan olan idmançıları barədə eşitməmisiz? Əgər təhlükəsizliyə söz verilibsə, zəmanət verilir. Xüsusilə də belə bir masştabda. Kennedini belə qorumayıblar, Mxitaryan kimi. Karta ölkənin prestijidirsə, heç nə əsirgənməməlidir.

Zülfiyyə Qurbanova
BAKU.WS