“5-ci element” verilişinin bu dəfəki qonağı 3 qat Avropa, 3 qat dünya çempionu Hacı Əliyev olub.

Uşaq vaxtı Naxçıvandan Bakıya yarışlarda iştirak üçün gəldiklərini deyən məşhur idmançı atasının buna görə Naxçıvanda olan yeganə evlərini satdığını deyib.

"Atam evi satıb məni yarışa göndərdi" - deyən Hacı Əliyev o vaxt çoxlarının atasını, bu hərəkətinə görə, qınadığını bildirib.

Qeyd edək ki, “5-ci element” tok şousu hər bazar ertəsi ATV telekanalında yayımlanır.
BAKU.WS


VİDEO