Ötən gün gözlənilmədən vəfat edən azərbaycanlı idmançı, MMA və Sambo idman növü üzrə turnirlərin qalibi, dünya çempionu Xamis Məmmədov son mənzilə yola salınıb. 

BAKU.WS xəbər verir ki, Sabirabadda doğulduğu kənddə dəfn edilən çempionun cənazəsi izdihamlı olub.

Bayrağa bükülmüş tabutda son mənzilə yola salınan Xamisin dəfn mərasimində yaxınları iştirak edib. 

Qeyd edək ki, Xamis Məmmədov 1984-cü il iyunun 24-də Sabirabad rayonunda anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Daha sonra isə Azərbaycan Respublikası Vergilər Nazirliyində çalışıb.

Abbas
BAKU.WS



TƏCİLİ KREDİT SİFARİŞLƏRİ