Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatının 8-ci günündə Azərbaycanın daha 3 yunan-Roma güləşçisi mübarizəyə qoşulub.

BAKU.WS-in məlumatına görə, dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa qələbə ilə başlayıb. Təcrübəli güləşçi polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin o, 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisinə uduzub.

Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub.

Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti də ilk mərhələdə ukraynalı həmkarına uduzub.

BAKU.WS