SİZİN REKLAM BURADA!
055 213 76 73



UEFA Millətlər Liqasının II tur oyununda üz-üzə gələcək Malta və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb.

Qonaq komandanın baş məşqçisi Qurban Qurbanov Kosovo ilə qolsuz yekunlaşmış ilk tur qarşılaşması ilə müqayisədə "11-lik"də 3 dəyişiklik edib. Sol cinah müdafiəçisi mövqeyində Ürfan Abbasovu Təmkin Xəlilzadə, hücum xəttində Ruslan Qurbanovla, Ramil Şeydayevi Dmitri Nazarovla Rauf Əliyev əvəzləyib.

Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Acus, 6. Rayan Fenek, 8. Pol Fenek, 9. Maykl Mifsud (k.), 10. Andre Şembri, 13. Jozef Mbonq, 14. Jan-Pol Farruciya, 17. Rayan Kamilleri

Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Rauf Əliyev, 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə, 22. Bədavi Hüseynov

Qeyd edək ki, bu gün Ta Qali Milli Stadionunda keçiriləcək Malta - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

BAKU.WS