UEFA Millətlər Liqasının D divizionunda keçiriləcək Azərbaycan - Kosovo matçına təyinatlar açıqlanıb.

Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma Norveçdən olan hakimlər briqadasına həvalə olunub.

Referi Ola Hobber Nilsenə Harald Qronevik və Oskar İsaksen yan xətt hakimləri, Simon Ytterland isə dördüncü hakim qismində yardımçı olacaq. Espen Andreas Eskas və Tom Harald Hagen əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. Portuqaliyalı Lusilio Kardozo Kortez Batista hakim-inspektor, hollandiyalı Martin Sturkenboom UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, senytabrın 7-də keçiriləcək Azərbaycan - Kosovo matçı saat 20:00-da başlayacaq. Hobber Nilsen son olaraq "Qarabağ"ın Çempionlar Liqası II təsnifat mərhələsində səfərdə "Kukesi" ilə oyununu idarə edib. Sözügedən qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

BAKU.WS