SİZİN REKLAM BURADA!
055 213 76 73



Şəhriyar Məmmədyarov dünən Dünya Çempionu Maqnus Carlsen üzərində parlaq qələbə qazanaraq bir çox nailiyyətlərə imza atmış oldu.

BAKU.WS
xəbər verir ki, 10 il idi ki, Maqnusu uda bilmirdi (ilk dəfə 2008-də Bakıda keçirilən FİDE granprisində Maqnusu udmuşdu).

Seyidəkbər Əsgərov dlı sosial şəbəkə istifadəçisi bununla bağlı paylaşım edib. Onun sözlərinə görə, Ş.Məmmədyarov bu qələbəsindən sonra tilsimi qırmış və özünə olan inamı artırmış oldu.


Bundan başqa, dünənki qələbəsilə şahmat karyerasında ən yüksək elo xalına sahib oldu - 2817,7 xal. Bununla da, bu elo xalı ilə Dünya Şahmat Tarixində indiyə qədər ən yüksək nəticə göstərmiş 11-ci şahmatçı oldu.

Bu cür göstəricilərlə Azərbaycan Şahmat Tarixinə də öz adını silinməz izlərlə yazdırmış oldu. Ümumiyyətlə, Şəhriyar, türk və müsəlman dünyasında, 2800 elo xalını keçən ilk və yeganə şahmatçı olaraq adını tarixə yazdıran parlaq zəkamızdır.

Ş.Məmmədyarov həmçinin dünya şahmat tarixində, 20 yaşa qədər şahmatçılar arasında (18 və 20 yaşında) ikiqat dünya çempionu tituluna sahib olan ilk və yeganə şahmatçıdır!

BAKU.WS