VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
IBF, IBO, WBO və WBA versiyaları üzrə boks kəmərinə sahib olan ukraynalı boksçu Vladimir Kliçko sensasion şəkildə məğlub olub. 

BAKU.WS-in məlumatına görə, artıq sabiq dünya çempionu britaniyalı boksçu Tayson Fyuriyə hakimlərin qərarı ilə 115:112, 115:112, 116:111 hesabı ilə uduzub. 

"Kliçko böyük çempion idi. Ancaq hər kəsin bir dövranı var. Bu gün boks aləmində yeni eranın başlanğıcı oldu”, - deyə Tayson Fyuri döyüşdən dərhal sonra bildirib. Vladimir Kliçko isə rəqibinin rinqdəki döyüşündən təəccübləndiyini gizlətməyib: "Mən bu döyüşə çox yaxşı hazırlaşmışdım. Ancaq Tayson sürətli və enerjili idi. Heç vaxt ağlıma gəlməzdi ki, o, bunu edə bilər. Mən hiss edirdim ki, ona sürətdə uduza bilərəm. Döyüşün sonuna qədər onun döyüş üslubuna qarşı açar tapa bilmədim”. 

Qeyd edək ki, Vladimir Kliçko revanş döyüşü keçirməyə hazır olduğunu deyib. Vladimir Kliçkonun qardaşı WBO və WBC versiyaları üzrə sabiq dünya çempionu, hazırda Kiyev şəhərinin meri olan Vitali Kliçko qardaşının rəqibinin döyüş üslubuna uyğunlaşa bilmədiyini deyib. "Britaniyalı boksçu Vladimirdən bir azca yaxşı döyüşdü. Qardaşım onun döyüş üslubunu yaxşı analiz etməmişdi”, - deyə Vitali Kliçko bildirib. 
 
Azad Əliyev