SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir neçə gün öncə Bakıda Şito-Ryu Karate Do Federasiyasının 14-cü Açıq Respublika Çempionatı keçirilib.


BAKU.WS xəbər verir ki, az müddət məşqul olmağına baxmayaraq 8 ay ərzində bir neçə yarışın qalibi olmuş Rafael Zeynalov keçirilən Açıq Respublika Çempionatında 2-ci yerə layiq görülüb. Onu bu qalibiyyətə ucaldan isə peşəkar məşqçilər Əli Rəcəbov, Orxan Şabanov oldu. 

Onu da nəzərinizə çatdıraq ki, Rafaelin 8 yaşı var. Az yaşına baxmayaraq Rafaelin əldə etdiyi uğur onun nə dərəcədə uğurlu gələcəyinə bir işarə verir. Rafaelin ən böyük arzusu isə Dünya, Avropa və Olimpiya çempionu olmaqdı! 


Rəşad Əliyev
BAKU.WS