Türkiyənin məşhur futbolçusu Arda Turan ailə həyatı qurub.

BAKU.WS-in məlumatına görə, İstanbulda sadə toy mərsimi keçirən Arda Turan xoşbəxt olduğunu bildirib.

Toy mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və onun həyat yoldaşı Əminə Ərdoğan da iştirak edib.

Onlar birlikdə foto çəkdirərək sosial şəbəkələrdə paylaşıblar.

Aslıhan Doğanın Arda ilə ailə həyatı qurduğu üçün sevincli olduğu gözlərdən qaçmayıb.

BAKU.WS