SİZİN REKLAM BURADA!
055 213 76 73



"Medipol Başakşehir" klubunun prezidenti Göksel Gümüşdağ Arda Turan haqqında danışıb.

BAKU.WS-in məlumatına görə, klub rəhbəri İspaniyanın "Barselona" klubu ilə danışıqlar apardıqlarını və ilkin razılıq əldə olunduğunu bildirib. 

Klub prezidenti transferin gedişatı ilə maraqlanmaq və Arda Turanla üz-üzə görüşmək üçün İspaniyaya yollanıb. Futbolçunun "Medipol Başakşehir"də oynamağa müsbət baxdığını ifadə edən Gümüşdağ Ardanın istəkli olduğunu bildirib.

Klub rəhbəri yaxın günlərdə transferin baş tutacağına ümid etdiyini söyləyib.

Şahin
BAKU.WS