Amerikanın "Forbes" jurnalı dünyada ən varlı idmançıların reytinqini dərc edib.

BAKU.WS-in məlumatına görə, Amerikalı basketbolçu Maykl Cordan dünyada bütün dövrlərin ən varli idmançısı adını qazanıb. Onun 2017-ci il 1 iyun tarixinə olan var-dövləti ümumililkdə 1,85 milyard dollar dəyərində qiymətləndirilib.

Jurnalın hazırladığı siyahıda ikinci yerdə qolfçu Tayqer Vuds (1,7 milyard dollar), üçüncü yerdə isə Arnold Palmer (1,4 milyard dollar) qərarlaşıb.

Növbəti yerlərdə müvafiq olaraq Cek Niklaus, Mixael Şumaxer və başqaları yer alıb.

BAKU.WS