SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Forbes" jurnalı Rusiyada "daşınmaz əmlak kralları reytinqi"ni açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, siyahıda birinci yerdə Azərbaycandan olan milyarderlər Zarax İliev və Qod Nisanov qərarlaşıb. Onların "Kiyevskaya ploshad" şirkətinin icarədən illik gəliri 1 milyard 115 milyon dollar olub.

Moskvada keçən il açılan "Moskvarium" adlı okeanarium da onlarındır. Forbes yazır ki, 53 min 600 kv. sahəsi olan bu okeanariumun açılışına Putin də gəlmişdi. Onu tələbə yoldaşı İlham Rəhimov da müşayiət edirdi. İlham Rəhimov "Kiyevskaya ploshad"ın bəzi obyektlərinin şərikli sahibidir. 

 

"Crocus Qrup"un rəhbəri Araz Ağalarov krallar siyahısında 7-cidir. Onun başçılıq etdiyi şirkət icarədən illik 365 milyon dollar gəlir əldə edir. Forbes-in məlumatında Qrupun 1,4 milyard dollar borcu olduğu da deyilir. 

  

BAKU.WS