SİZİN REKLAM BURADA!
055 213 76 73



Ağdamın “Qarabağ” klubunun futbolçuları UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyunlarını keçirmək üçün İtaliyaya gəliblər.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Ağdam təmsilçilərinin İtaliya paytaxtında yerləşdikləri “Parco dei Principi” hotelinin qarşısında bir qrup azərbaycanlı gənc “Qarabağ”ın futbolçularını coşqu ilə qarşılayıb. Gənclər milli musiqimizin sədaları altında əzəli torpağımız olan Qarabağ, eləcə də, futbol klubu ilə bağlı şüarlar səsləndirərək, komandamıza dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, “Roma” – “Qarabağ” qarşılaşması dekabrın 5-də Bakı vaxtı ilə saat 23:45-də İtaliya paytaxtındakı “Olimpiko” stadionunda start götürəcək.

BAKU.WS