Azərbaycan Kikboksinq Federasiyasının üzvü, beynəlxalq yarışların qalibi, tanınmış peşəkar kikboksçu, Xəyal Əhmədov 2017-ci il 7 oktyabr tarixində Almaniyanın Bochum şəhərində döyüşə çıxacaq.

Döyüşlə bağlı məlumat verən idmançı hazırda Türkiyədə məşqlərini davam etdirdiyini bildirib:

"Rəqibim Kevin Keidtke adında idmançıdır. Hal-hazırda Türkiyədə məşqlərimi etdirirəm. Döyüşə ciddi hazırlaşıram. İnanıram ki, qələbə qazanıb, üç rəngli bayrağımızı ucaldacam. Bir idmançı kimi bundan qürurlu heç nə ola bilməz".

BAKU.WS