VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov Çeçenistanın ilk prezidenti Əhməd-Hacı Kadırovun xatirəsinə həsr olunmuş peşəkar kikboksinq turnirdə iştirak edəcək.

BAKU.WS "Report"-a istinadən xəbər verir ki, turnir avqustun 23-də "Kolizey" idman sarayında keçiriləcək.

"WBC Muay Thai" versiyası üzrə dünya çempionu titulu uğrunda döyüşdə rəqibim məşhur rumın döyüşçü Katalin Moroşanu olacaq", - deyə Z.Səmədov bildirib.

O, hazırda yarışa ciddi hazırlaşdığını da sözlərinə əlavə edib.
"Hazırda Bolqarıstanda təlim-məşq toplanışındayam. Məşqlər təxminən üç həftə davam edəcək", - deyə idmançı vurğulayıb.
Onu da qeyd edək ki, hazırda Z.Səmədov "Axmat" kikboksinq klubuna rəhbərlik edir.

"Təlim-məşq toplanışında mənimlə klubun turnirdə yarışacaq bütün heyəti məşq edir", - deyə azərbaycanlı döyüşçü bildirib.
 
BAKU.WS