SİZİN REKLAM BURADA!
055 213 76 73



Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq "Qarabağ" klubunun matçını yayımlayacaq kanalın adı məlum olub.

BAKU.WS-in məlumatına görə, “Kopenhagen”lə səfərdə qarşılaşan təmsilçimiz sabah çətin sınaqdan keçəcək. 

Avqustun 23-də keçiriləcək görüş “İdman Azərbaycan” kanalının efirində canlı yayımlanacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qeyd edək ki, Bakıda keçirilən ilk oyunda təmsilçimiz rəqibi minimal hesabla (1:0) məğlub edib. 

Şahin
BAKU.WS