13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 

"Qalatasaray" futbolçusu Uesli Sneyderlə rəsmən yolları ayırıb.

BAKU.WS klubun saytına istinadən yaydığı xəbərə görə, hollandiyalı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun 2017/2018 mövsümü üçün alacağı maaşdan imtina etdiyi bildirilib.

Bundan başqa, U.Sneyderin qarşıdakı 3 il ərzində Türkiyədə başqa bir kluba transfer olunacağı təqdirdə, "Qalatasaray"a 20 milyon avro təzminat ödəyəcəyi vurğulanıb.

Qeyd edək ki, U.Sneyder ötən mövsüm 33 matçda 5 qol vurub, 17 qolun ötürməsini verib.
 
İman
BAKU.WS