SİZİN REKLAM BURADA!
055 213 76 73



İtalyan futbolçu Françesko Totti karyerasına son qoyub.
 
BAKU.WS-in məlumatına görə, kapitanı olduğu "Roma" futbol klubuna vida edən futbolçunu azarkeşlər və komanda yoldaşları göz yaşları içərisində yola salıb. 
  
Totti FİFA-nın "Dünyanın ən yaxşı 125 futbolçusu" siyahısında yer alır. 2 dəfə İtaliya milli futbol çempionatında ilin futbolçusu, 5 dəfə isə ilin italyan futbolçusu seçilib.
 
İtaliya milli futbol çempionatı tarixində ən çox qol vuran futbolçular sırasında 215 qol ilə 5-ci sıradadır. UEFA Çempionlar Liqasında və UEFA Avropa Kubokunda toplam 270 qol vurmuş və 143 qola assistentlik etmişdir.
 
2011-ci ildə Kriştiano Ronaldo, Ueyn Runi kimi futbolçuları qabaqlayaraq Avropanın ən yaxşı futbolçusu seçilib. 
 
Şahin Həbibov
BAKU.WS