SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanın futbol üzrə yığma komandası Almaniyaya uduzmayacağı təqdirdə yüksək məbləğdə pul mükafatına layiq görüləcək.  
 
BAKU.WS azerifootball-a istinadən xəbər verir ki, Azərbaycanın futbol üzrə yığma komandasının 2018 Dünya çempionatının Almaniya ilə baş tutacaq seçmə oyununda uduzmasalar, o zaman AFFA-dan böyük məbləğdə mükafat alacaqlar. Komandanın qələbə çalacağı təqdirdə əsas oyunçular 100.000 manat, əvəz olaraq oyuna çıxan futbolçular 75 min, ehtiyyatda olan futbolçular və personal isə 50 min manat məbləğındə mükafat alacaqlar. 

Əgər Azərbaycanın yığma komandası görüşü heç-heçə başa vurarsa, o zaman əsas oyunçular 75 min, əvəz olaraq oyuna çıxan oyunçular isə bu məbləğin 75 faizini, ehtiyyatda olan oyunçular və  personal isə bu məbləğin 50 faizini əldə edəcəklər. 
 
Qeyd edək ki, Azərbaycan Almaniya matçı 26 mart tarixində Tofiq Bəhramov adına Respublika stadionunda saat 20.00-da baş tutacaq. 

Arzu Mirzəyeva
BAKU.WS