SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçirilmiş Azərbaycan – İtaliya oyununda azarkeş sayı ilə bağlı rekord göstərici qeydə alınıb.
 
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) BAKU.WS-ə verilən məlumata görə, ilk dəfə millimizin oyununu stadionda 48 mindən artıq azarkeş izləyib.
 
AFFA Azərbaycan – İtaliya oyunu ilə bağlı daha bir statistik məlumatı ictimaiyyətin diqqətinə çatdırır. Qeyd olunmuş oyuna 150 min 729 AZN məbləğində bilet satılıb. 
 
Qeyd edək ki, Azərbaycan – İtaliya oyunu qonaqların xeyrinə 3:1 hesabı ilə başa çatıb. 
 
ŞAHİN Həbibov
BAKU.WS