SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Macarıstanın paytaxtı Budapeşt 2024-cü ilin Olimpiya oyunlarına ev sahibliyi müraciətini geri götürəcək.

BAKU.WS-in Unikal.org-a istinadən xəbər verir ki, bu barədə qərar Macarıstanın hökumət rəhbəri Viktor Orban, Budapeşt meri İştvan Tarloş və Milli Olimpiya Komitəsinin sədri Jolt Borkainin birgə görüşündən sonra verilib.

Beləliklə, 2024-cü ilin Yay Olimpiya oyunlarına ev sahibliyinə namizəd iki şəhər qaldı - Paris və Los-Anceles. Daha öncə Hamburq və Roma da 2024-cü il Olimpiya oyunlarını keçirməkdən imtina etmişdi.

Arzu Mirzəyeva
BAKU.WS