SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərənin "Çelsi" klubu cari mövsümün sonunda Kataloniya klubunu tərk edəcək "Barselona"nın baş məşqçisi Xavi ilə danışıqlar aparmaq niyyətindədir.

BAKU.WS-in xəbərinə görə, bu barədə jurnalist Pedro Almeyda məlumat verib.

Mənbənin sözlərinə görə, "Çelsi"nin bossları ispan mütəxəssisin London klubunun yeni baş məşqçisi vəzifəsinə uyğun olub-olmadığını qiymətləndirmək istəyirlər.

Qeyd edək ki, Xavi 2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edirdi. 2022/23 mövsümündə kataloniyalılar İspaniya çempionu olub və ölkə Superkubokunun qalibi olublar. La Liqanın son turu öncəsi "Barselona" 82 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

BAKU.WS