SİZİN REKLAM BURADA!
055 213 76 73


“Aydın məsələdir ki, Rusiyada “Qarabağ”ı az izləyirlər və özünü Avropada necə göstərdiyini bilmirlər. İkinci dərəcəli komanda olmasını və “Bayer”dən ora keçməyimi faciə saymaq stereotip düşüncəsidir. Bu tənqidlər mənə qətiyyən təsir etmir”.

BAKU.WS "idman.biz"ə istinadən xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyov deyib.

Legioner Rusiya KİV-inə müsahibəsində onun Azərbaycan klubuna keçidinə mənfi yanaşanların cavabını verib:

“İnsanların öz fikri var və müxtəlif ola bilər. Üzümə nəsə desələr, təsir edər. Heç kim də bunu etməyib”.

Lunyov “Qarabağ”a keçiddəki əsas vəzifələrini açıqlayıb:

“Kiməsə nəyisə sübut etmək məqsədim yox idi. Əsas vəzifəm meydana dönmək idi ki, bunun alındığına sevinirəm. Çünki belə düşüncələrim var idi ki, görəsən, yenidən zədələr qayıtmaz ki? Zaman göstərdi ki, hər şey qaydasındadır. 3-4 gündən bir oyunlardan ibarət qrafikimiz oldu. Buna da yaxşı tab gətirdim. Başa düşmək lazımdır ki, Azərbaycanda heç də hamısı keyfiyyətli olmayan süni örtüklərdə oynayırıq. Təbiidən süniyə, yaxşıdan pisə keçid də mane olmadı. İkinci vəzifəm “Bayer”də qazandıqlarımı meydanda göstərmək idi. Nə öyrəndiyimi yoxlamaq, bundan yararlana biləcəyimə aydınlıq gətirmək istəyirdim. Hər şeyin super alındığını deməzdim, amma bəzən yaxşı idi. Həmişə daha yaxşısı da mümkündür”.

Andrey Avropa Liqasının 1/8 finalında “Bayer”i udmağa yaxın olsalar da, mərhələni keçə bilmədiklərinin üzücü olduğunu qeyd edib:

“Bayer”lə oyun acı üzüntü ilə bitdi. Məyusluq, peşmanlıq, bütün mənfi hisslərin qarışığı idi. Komanda yoldaşları bir otaqda toplaşdıq, danışdıq. Aeroporta qədər 3-4 saatımız var idi”.

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında “Bayer”dən “Qarabağ”a keçib.

BAKU.WS