SİZİN REKLAM BURADA!
055 213 76 73


Komandanın fiziki hazırlığından razı deyiləm.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, bunu millinin baş məşqçisi Vitali Borisov deyib.

41 yaşlı mütəxəssis Bakıda təşkil olunan təlim-məşq toplanışı barədə danışıb:

“Hazırlığa cəlb etdiyimiz oyunçuların hər biri fərqli klublarda məşq edirlər. Fiziki hazırlıqları bir o qədər yaxşı deyil.

Əvvəllər toplanışa dəvət etdiyimiz futzalçıların əksəriyyəti "Araz-Naxçıvan"da çıxış etdikləri üçün məşqləri bir-birinə uyğun gəlirdi. Lakin indi 4 fərqli klubda top qovan oyunçular bir araya toplaşıblar. Əksəriyyəti də gənclərdir”.

V.Borisov heyətlə bağlı yekun qərarın bu gün veriləcəyini bildirib:

“Hazırlığa 17 futzalçı cəlb olunub. Onlardan 3-ü Gürcüstan millisi ilə yoldaşlıq oyunları üçün Tbilisiyə aparılmayacaq. Hazırda komandanda əhval-ruhiyyə yüksək səviyyədədir".

Qeyd edək ki, Azərbaycan millisi aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

BAKU.WS