SİZİN REKLAM BURADA!
055 213 76 73


Bir müddət əvvəl həbsdən çıxan Dani Alveşin yenidən futbola qayıtmaq istədiyini iddia olunur.

BAKU.WS xəbər verir ki, bu barədə məlumatlar İspaniya mətbuatında yer alır.

Bildirilib ki, 40 yaşlı Alveş azadlığını bərpa etdikdən sonra gələcəyi üçün yeni planlar qurmağa başlayıb.

Braziliyalı futbolçu ictimai imicini bərpa etmək üçün hərəkətə keçib.

İspan jurnalist Xesus Qarsia Bueno iddia edib ki, Alveş futbolçu kimi meydançaya qayıtmağı gözləmir, amma futbolçuluqdan başqa bir sahə istəyə bilər.

Karyerasında "Sevilya", "Barselona", "Yuventus", "Paris Sen-Jermen" və "San Paulo" kimi komandalarda çıxış edən Alveşin həbsindən sonra sonuncu dəfə çıxış etdiyi Meksikanın UNAM komandası ilə müqaviləsi ləğv edilib.

Xatırladaq ki, İspaniyada qadına qarşı cinsi təcavüz etdiyi üçün 4 il 6 ay həbs cəzası alan braziliyalı futbolçu Dani Alveş təxminən 15 ay həbsdə qaldıqdan sonra martın 25-də 1 milyon avro girov ödəyərək sərbəst buraxılıb.

BAKU.WS