SİZİN REKLAM BURADA!
055 213 76 73


Dani Alveşin cinsi təcavüz ittihamı ilə həbsi əvvəllər həbsdə olan futbolçuları yada saldı. Narkotik satan kim, əxlaqsızlıq yuvası işlədən kim, terrorçu olan kim.

BAKU.WS "Haber Global"a istinadən sözügedən futbolçuların siyahısını təqdim edir:

Peter Storey - İngiltərə millisinin keçmiş futbolçusudur. O, 1979-cu ildə əxlaqsızlıq yuvası işlətdiyinə, pornoqrafiya yaydığına, daha sonra saxtakarlığa görə həbs olunub.

Rene İquita - əfsanəvi kolumbiyalı qapıçı qaçırılan qızı xilas edib. Lakin Kolumbiya hökuməti İquitanın uşağı xilas etmək üçün kartel lideri Pablo Eskobardan kömək aldığını iddia edib və İquita 8 gün həbs cəzasına məhkum edilib.

Edmundo - hücumçu kimi çıxış edən braziliyalı futbolçu ölümlə nəticələnən yol qəzası törətdiyi üçün 4 il həbs cəzasına məhkum edilsə də, cəmi 1 gün həbsdə qalıb.

Lukas Viatri - argentinalı futbolçu bərbəri soyduğu üçün 30 sutka həbs cəzasına məhkum edilib.

Fredi Rincon - Kolumbiya Milli Komandasının və Real Madridin keçmiş oyunçularından biri olan Rincon narkotik alverinə görə 123 gün həbsdə yatıb.

Jesus Emilio Diez - Txutxi kimi tanınan ispaniyalı futbolçu narkotik alverinə görə 9 il həbs həyatı yaşayıb. 

Predrag Stankovic - mərkəz müdafiəçisi kimi çıxış edən serbiyalı futbolçu narkotik alverinə görə həbs olunub.

Juanelle - hücumçu olaraq çıxış edən İspaniya millisinin futbolçusu məhkəmənin başqa yerə getməmək barədə qərarını pozaraq keçmiş həyat yoldaşına hücum etdiyi üçün 3 ay müddətinə həbs edilib.

Bruno Fernandes de Souza - braziliyalı futbolçu sevgilisinin qətlinə görə 22 il müddətinə azadlıqdan məhrum edilib. Qadının meyiti isə tapılmayıb.

Nizar Trabelsi - tunisli futbolçu terrorla əlaqəsi və "Əkiz qüllələr"ə hücumda iştirak etdiyi üçün 10 il həbs cəzasına məhkum edilib.

Vinisius Borges - brazilyalı futbolçu 2011-ci ildə sərxoş halda evi yandırdığı üçün 3 il həbs cəzası alıb.

Semedo - portuqaliyalı futbolçu adam öldürməyə cəhd, xəsarət yetirmə, hədələmə, qanunsuz silah saxlama, zorakılıq və oğurluq ittihamları ilə 142 gün müddətinə həbs edilib.

Benjamin Mendi - "Mançester Siti" və Fransa millisinin futbolçusu cinsi təcavüz və zorakılıq cinayətlərinə görə həbs olunub. Məhkəmənin qərarı ilə günahsız elan olunaraq sərbəst buraxılıb.

Adam Conson - keçmiş ingilis futbolçu yetkinlik yaşına çatmayan 15 yaşlı qızla cinsi əlaqədə olmaqda təqsirli bilinərək 6 illik həbs cəzası çəkib. Daha sonra o, “Sanderlend” klubundan və İngiltərə millisindən qovulub.

Ronaldinyo - brazilyalı keçmiş ulduz futbolçu saxta pasportdan istifadə səbəbi ilə Paraqvayda 171 gün həbsdə yatıb.

Dani Alveş - Braziliya millisinin sabiq futbolçusu Dani Alveş 23 yaşlı gənc qadına təcavüz etməkdə ittiham edilərək həbs edilib. Alveşin özü iddiaları təkzib edib.

BAKU.WS