SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniyanın Barselona şəhərindəki gecə klubunda qadına cinsi təcavüz etməkdə təqsirli bilinərək həbs olunan "Barselona"nın keçmiş futbolçusu Dani Alveşin məhkəməsi bitib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Barselona Məhkəməsində keçirilən üç günlük məhkəmə prosesinin son günündə ifadə verən Alveş prokurorun suallarını cavablandırmaqdan imtina edib.

Keçmiş futbolçu yalnız vəkilinin suallarını cavablandırarkən, hadisə baş verən gecə çox sərxoş olduğunu, lakin onu zorlamada ittiham edən 23 yaşlı qadınla öz razılığı ilə cinsi əlaqədə olduğunu iddia edib.

İfadəsi zamanı ağlayan Alveş vəkili vasitəsilə bəraət istəyib və alternativ olaraq 1 il həbs və 50 min avro təzminat ödənilməsini təklif edib.

Digər tərəfdən, ifadə verən Kataloniya polisi gecə klubunnda olan video çəkilişlərə görə zorlama iddialarının təsdiqləndiyini bildirib.

Alveş tərəfindən zorlandığını deyən gənc qadın, "Onu ilk dəfə gecə klubunda görüb salamlaşdığım an üzümü tutub öpdü. Çox üzsüz rəftarı var idi", - deyib.

Qadın hadisədən dərhal sonra polisə müraciət etməməsinin səbəbini belə izah edib:

"Qorxdum ki, mənə inanmayacaqlar və pul üçün belə bir ittiham irəli sürdüyümü düşünəcəklər".

Göz yaşlarını saxlaya bilməyən gənc qadın hadisəni danışdığı rəfiqəsinin təkidi ilə polis bölməsinə getdiyini bildirib.

Braziliyalı futbolçunun həyat yoldaşı model Coana Sanz bildirib ki, Alveş hadisə baş verən gecə evə içkili gəlib və dərhal yatıb.

Prokurorluğun 9 il, ittihamı irəli sürən vəkilin isə 12 il həbs və Alveşdən 150 min avro təzminat da istənilir.

Prosesi izləmək üçün 270 mətbuat mənsubu akreditasiyadan keçib.

Məhkəmə qərarını yaxın günlərdə açıqlayacaq.

BAKU.WS