SİZİN REKLAM BURADA!
055 213 76 73


İŞİD aprelin 9-u və 10-da keçiriləcək Çempionlar Liqasının oyunlarında terror aktları törətməklə hədələyir.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Marca" nəşri yazır.

Qarşılaşmalarla bağlı planlar davam edir. Aprelin 9-da İspaniya hökumət komissiyasının rəsmi iclası keçiriləcək və bu iclasda əlavə təhlükəsizlik tədbirləri ilə bağlı məsələyə qərar veriləcək.

Qeyd edək ki, aprelin 9-da Londonun "Arsenal"ı "Bayern", "Real" isə "Mançester Siti" ilə qarşılaşacaq.

Aprelin 10-da isə Parisin PSJ klubu Kataloniya "Barselona"sı ilə, "Atletiko Madrid" isə Dortmund "Borussiya"sı ilə qarşılaşacaq.

Çempionlar Liqasının hazırkı qalibi ötən mövsüm "İnter"i məğlub edən "Mançester Siti"dir.

BAKU.WS