SİZİN REKLAM BURADA!
055 213 76 73


"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq mövsümün sonunda İngiltərə klubunu tərk edə bilər.

BAKU.WS-in xəbərinə görə, bu barədə "The İndependent" yazır.

İngilis klubunun rəhbərliyi hollandiyalı mütəxəssisi mövsümün sonunda uzaqlaşdıra bilər, lakin bu vəziyyətin yüz faiz dəqiq olmadığı qeyd edilir.

Xatırladaq ki, Ten Haq 2022-ci ilin yayında Hollandiya "Ayaks"ından "Mançester Yunayted"in sükanı arxasına keçib.

53 yaşlı mütəxəssis ümumilikdə bütün turnirlərdə 104 oyun keçirib ki, komandası 63 görüşdə qalib gəlib, 12-də heç-heçə edib və 29-da məğlub olub.

"Mançester Yunayted" Premyer Liqa cədvəlində altıncı yerdədir. "Qırmızı şeytanlar"ın 30 matçda 48 xalı var.

BAKU.WS