SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununu keçirib. Azərbaycan çempionu Almaniyada "Bayer 04"ün qonağı olub.

BAKU.WS xəbər verir ki, Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 3:2.

Ağdam təmsilçisinin baxımlı oyunu və güclü rəqibinə qarşı layiqli mübarizəsi düya mediasında işıqlandırılıb.

Məşhur saytlar dünən Almaniyadakı qarlıaşmanı belə təqdim ediblər:

bbc.com - "Bayer Leverkuzen" "Qarabağ"ı dramatik şəkildə məğlub edərək Avropa Liqasının 1/4 finalına yüksəldi

Beinsports.com - "Bayer" Leverkuzen əsas vaxtda iki qol vuraraq “Qarabağ”ı məğlub edib və məğlubiyyətsiz qaldı

Vavel.com - "Bayer toparlanmağı bacardı və bəxti gətirdi ki, hakim vaxtı 10-cu dəqiqəyə qədər uzatdı

Flashscore.com - Patrik Şikin qəhrəmanlığı "Bayer"ə "Qarabağ" üzərində qələbə qazandırdı

Goal.com - Xabi Alonso ölümsüzdür! "Bayer Leverkusen" inanılmaz 37 oyunluq məğlubiyyətsizlik seriyasını qorudu

espndeportes.com - Frimponq və Şikin qolları Almaniya təmsilçisinə yüksək xəyallar qurmağa imkan verdi.

Marca.com - Xabi yenə sarsılmadı - "Bayer Leverkusen" ilk oyunda olduğu kimi geri dönüş etdi

Fanatik.com.tr - "Bayer Leverkuzen" - "Qarabağ" matçında taleyin dönüşü! Azərbaycan təmsilçisi son anda məğlub oldu

Sportbox.ru - "Bayer" "Qarabağ"ı əsas vaxtda məğlub edərək, Avropa Liqasının 1/4 finalına yüksəlib.


BAKU.WS