SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bayern"nin baş məşqçisi Tomas Tuxel 2023/24 mövsümünün sonunda klubdan ayrılmasını şərh edib.

BAKU.WS bu barədə xarici mətbuata istinadən xəbər verir.

"Bu mövsümün sonunda iş münasibətimizə son qoyacağımız barədə razılığa gəldik. O vaxta qədər, əlbəttə ki, maksimum uğur qazanmaq üçün məşqçilər korpusumla birlikdə əlimdən gələni etməyə davam edəcəyəm", - mütəxəssis bildirib.

Qeyd edək ki, 50 yaşlı mütəxəssis 2023-cü ilin martında "Bayern"nin sükanı arxasına keçib.

Komanda hazırda 22 oyundan 50 xalla Bundesliqanın turnir cədvəlində ikinci yerdədir.

Münhen komandası lider "Bayer Leverkuzen"dən 8 xal geri qalır.

BAKU.WS