SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniyanın "Bayern" (Münhen) klubunun baş məşqçisi Tomas Tuxel bu gün Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Qalatasaray" klubuna qarşı matçdan əvvəl fikirlərini bildirib.

BAKU.WS xəbər verir ki, Tuxel çox güclü rəqibə qarşı oynayacaqlarını bildirib: "Çempionlar Liqasında mərhələ-mərhələ çıxış etmək lazımdır. Biz qrup qalibi olmaq üçün özümüzü kifayət qədər güclü hiss edirik. Pley-off-a çıxmağa qarşımıza məqsəd qoymuşuq. 17 oyundur məğlub olmayan çox güclü kollektivə qarşı oynayacağıq. Rəqibin bu seriyasına son qoymaq istəyirik. Səfərdə "Mançester Yunayted"i məğlub etmək hər şeyi deyir. "Qalatasaray" ənənələri olan bir klubdur. Aqressiv və yüksək səviyyədə hücum təşkil etməyə çalışan bir klubdur. Onlar bunu ilk iki oyunda göstəriblər.

Qeyd edək ki, Çempionlar Liqasının A qrupu çərçivəsində "Qalatasaray" - "Bayern" qarşılaşması bu gün 20:45-də start götürəcək. "Bayern" iki turdan sonra 6 xalla qrup lideri, "Qalatasaray" isə 4 xalla ikincidir. 

BAKU.WS