"Bayern" Nagelsmanı istefaya göndərdi: Yerini bu mütəxəssis tutacaq

24
mar
2023
09:32
"Bayern Münhen"in baş məşqçisi Yulian Nagelsman istefaya göndərilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, onun postu PSJ və "Çelsi"nin sabiq çalışdırıcısı Tomas Tuxelə tapşırılacaq.
Alman mütəxəssislə 2,5 illik müqavilə imzalanacağı, qərarın yaxın vaxtlarda rəsmi olaraq elan ediləcəyi bildirilir.
Qeyd edək ki, "Bayern" hazırda Bundesliqanın turnir cədvəlində 52 xalla ikincidir. Münhenlilər lider "Borussiya"dan (Dortmund) 1 xal geri qalır. Klub həm Almaniya Kubokunda, həm də Çempionlar Liqasında mübarizəni davam etdirir.
Oxşar xəbərlər
FIDE reytinqi: Rauf Məmmədov ilk 100 şahmatçı siyahısını tərk etdi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, ilk "10-luq"da yenə Azərbaycandan yalnız Şə...
