SİZİN REKLAM BURADA!
055 213 76 73


Joze Mourinyonun "Roma"dan qovulmasının səbəbləri məlum olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, dünən Roma klubu portuqaliyalı mütəxəssisin baş məşqçi postundan getdiyini açıqlayıb.

"La Repubblica" nəşri bildirir ki, ötən gün "Roma"nın sahibləri Dan Fridk və Rayan Fridkin Mourinyo ilə görüş keçirib və tərəflər bir-birindən narazılıqlarını bildiriblər.

Belə ki, klub rəhbərləri klubun cari mövsümdəki nəticələrindən məyus olub, həm də məşqçinin davranışından beziblər.

Onun daim münaqişəli vəziyyətlər yaratmasından, hakimləri günahlandırmasından və günahı öz üzərinə götürməkdən imtina etməsindən narazı olublar.

Dekabrın ortalarında klub sahibləri Mourinyoya ultimatum verərək, mövcud vəziyyəti düzəltməyin zəruri olduğunu bildirdilər.

Qeyd olunur ki, Rayan Fridkinə hətta futbolçulardan məşqçi ilə bağlı şikayətlər də gəlib.

Onu da bildirək ki, Daniele de Rossi mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək.

BAKU.WS