SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" Şotlandiyanın "Reyncers" komandasında çıxış edən Rıdvan Yılmazı heyətinə qatmaq istəyir.

BAKU.WS bu barədə "TRT Spor"a istinadən xəbər verir.

Ara transfer dövründə heyətini gücləndirmək istəyən İstanbul təmsilçisi Yılmazı icarəyə götürmək üçün hərəkətə keçib.

Qeyd edək ki, Beşiktaşın yetirməsi olan Rıdvan Yılmaz 2022-ci ildə "Reyncers"in formasını geyinir.

Gənc futbolçu yay transfer dönəmində "Qalatasaray"ın gündəmində olub.

Bu mövsüm Şotlandiya klubunda 13 oyuna çıxan 22 yaşlı sol cinah müdafiəçisi 1 məhsuldar ötürmə edə bilib.

BAKU.WS