SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in prezidenti Florentino Peres PSJ-nin hücumçusu Kilian Mbappenin transferində maraqlı olaraq qalır.

BAKU.WS xəbər verir ki, bu barədə "The Athletic" nəşri yazır.

Mənbənin sözlərinə görə, Peresin Mbappe ilə birbaşa əlaqəsi var, lakin futbolçunun maaşı məsələsi hələ də açıq qalır.

Nəşr yazır ki, Mbappe transfer olacağı təqdirdə "kral klubu"nun aparıcı oyunçularının hazırda qazandığı puldan iki dəfə çox pul alacağını gözləyir.

Madrid "Real"ı isə da öz növbəsində uzun müddətdir ki, klubun maaş fonduna nəzarət etməyə çalışır.

Qeyd edək ki, İspaniya nəhəngində yüksək maaş alan futbolçuları hazırda ildə 17 milyon avrodan 20 milyon avroya qədər qazanır.

BAKU.WS