SİZİN REKLAM BURADA!
055 213 76 73


"Real Madrid"in müdafiəçisi David Alaba Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubuna keçə bilər.

BAKU.WS bu barədə "Relevo" nəşrinə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı çempionatının klubu David Alabanı transfer etmək üçün "kral klubu"na 40 milyon avro, futbolçuya isə illik 25 milyon avro maaş təklif edib.

Alabanın "Real Madrid"dən ayrılmaq niyyətində olmadığı və Avropanın ən yaxşı turnirlərində çıxışını davam etdirmək istədiyi bildirilir.

Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti də klubun müdafiəçisi ilə yollarını ayırmasına müsbət baxmır.

O, Alabanı "Real Madrid"in əsas oyunçularından biri kimi görür.

Qeyd edək ki, Alaba "Real"a keçən yay "Bavariya"dan azad agent kimi keçib. Bu mövsüm müdafiəçi "kra klubu"nun heyətində bütün turnirlərdə 16 oyun keçirib və iki məhsuldar ötürmə edib.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.

"Transfermarkt" oyunçunun dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

Xatırladaq ki, bu ilin yayında Madrid "Real"ından ayrılan fransalı hücumçu Kərim Benzema "Əl-İttihad"a transfer olub. Klub illik 200 milyon avro məvacib ödəməklə Kərim Benzema ilə üç illik müqavilə imzalayıb.

BAKU.WS