SİZİN REKLAM BURADA!
055 213 76 73


Messinin çıxış etdiyi ABŞ-nin "İnter Mayami" klubu 2024-cü il fevralın 1-də Kriştiano Ronaldonun komandası "Əl-Nəsr"lə yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb.

BAKU.WS-in xəbərinə görə, bir neçə həftə əvvəl "İnter Mayami"nin Ər-Riyad mövsüm kuboku üçün Səudiyyə Ərəbistanına gələcəyi və "Əl Nəsr"lə qarşılaşacağı iddia edilmişdi.

Lakin MLS təmsilçisi bu iddianı təkzib edib.

Messi-Ronaldo rəqabətinin tarix olduğu düşünülsə də, "İnter Mayami" şad xəbəri verib.

Belə ki, klub bu dəfə iddiaları təsdiqləyib.

Klubdan verilən açıqlamada, "İnter Mayami"nin mövsümöncəsi beynəlxalq tur təqviminə daha 2 matçın əlavə edildiyi bildirilib.

Buna uyğun olaraq, Ər-Riyad Mövsüm Kubokunda yanvarın 29-da "Əl-Hilal", fevralın 1-də isə "Əl-Nəsr"lə qarşılaşacaqları açıqlanıb.

Hər iki qarşılaşma Səudiyyə Ərəbistanındakı "Kingdom Arena" stadionunda oynanılacaq.

Bu o deməkdir ki, Messi və Ronaldo bəlkə də sonuncu dəfə 2024-cü il fevralın 1-də üz-üzə gələcək.

Qeyd edək ki, "İnter Mayami" mövsümöncəsi hazırlıqları çərçivəsində Salvador və Honq Konqda da matçlar keçirəcək.

BAKU.WS