SİZİN REKLAM BURADA!
055 213 76 73


"Səudiyyə Ərəbistanı çempionatı MLS-dən yaxşıdır".

BAKU.WS xəbər verir ki, bunu Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo deyib.

Ronaldo Lionel Messinin ABŞ təmsilçisi "İnter Mayami"yə keçidi ilə bağlı sualı cavablandırarkən çıxış etdiyi liqanın daha üstün olduğunu bildirib.

"Səudiyyə Ərəbistanı liqasına keçdiyim üçün məni tənqid edirdilər. Bəs nə oldu? Bu çempionata yol açdım, indi bütün oyunçular bura gəlir", - deyə Kriştiano bildirib.

Həmçinin Ronaldo bir daha Avropa futboluna qayıtmayacağını açıqlayıb: "Avropa futboluna qayıtmayacağam, qapı tamamilə bağlıdır. 38 yaşım var və Avropa futbolu keyfiyyətini çox itirib. Yalnız Premyer Liqa bütün digər liqaları çox qabaqlayır".

Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarında "Əl-Nəsr"ə keçib. Ötən mövsüm o, Səudiyyə Ərəbistanı çempionatında 16 oyuna çıxıb, 14 qol vurub və 2 qolun ötürməsini verib.

BAKU.WS