SİZİN REKLAM BURADA!
055 213 76 73


Çempionlar Liqasını heç vaxt qazana bilməyən ən yaxşı məşqçilərin adları açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə futbol azarkeşlərinin yaxından izlədiyi "FourFourTwo" jurnalı məlumat yayıb.

Çempionlar Liqasının qalibi olmayan 11 ən yaxşı məşqçi siyahısı belədir:

Antonio Konte ("Yuventus", "Çelsi", "İnter", "Tottenham")

Məşqçilik karyerası ərzində 6 dəfə Çempionlar Liqasında iştirak etməyi bacaran təcrübəli çalışdırıcı Konte yalnız "Yuventus"la 1/4 finala yüksəlməklə kuboka yaxınlaşıb.

Unai Emeri ("Spartak Moskva", "Valensiya", "Sevilya", "PSJ", "Arsenal", "Vilyarreal")

2021/22 mövsümündə "Vilyarreal"la Çempionlar Liqasının yarımfinalına yüksəlməyi bacaran Emeri bu turda "Liverpul"a məğlub olaraq turnirlə vidalaşıb.

Didye Deşam (Monako, Marsel)

Hazırda Fransa millisinin baş məşqçisi olan Deşam 2003/04 mövsümündə “Monako” ilə finala çıxsa da, “Porto”ya 3:0 hesabı ilə uduzub.

Otto Rehhagel ("Verder Bremen", "Kayzerslautern")

2012-ci ildən heç bir komandaya baş məşqçilik etməyən Rehhagel 1998/99 mövsümündə “Kayzerslautern”lə 1/4 finala yüksəlib.

Kenni Dalqliş ("Nyukasl")

"Liverpul"un texniki heyətində aktiv fəaliyyətini davam etdirən Dalqliş 1997/98 mövsümündə "Nyukasl Yunayted"lə qrup mərhələsində Çempionlar Liqası ilə vidalaşıb.

Massimiliano Alleqri (“Milan”, “Yuventus”)

“Milan” və “Yuventus”la 11 mövsüm Çempionlar Liqasında iştirak edən Alleqri 2014/15 və 2016/17 mövsümlərinin final matçında rəqiblərinə baş əyib.

Bobbi Robson ("Porto, Nyukasl")

2009-cu ildə dünyasını dəyişən Robson karyerasında ilk dəfə 1993/94 mövsümündə "Porto" ilə qatıldığı Çempionlar Liqası turniri ilə yarımfinalda vidalaşıb.

Valeri Lobanovski (“Dinamo Kiyev”)

Kiyev “Dinamo”su ilə 5 dəfə Çempionlar Liqasında iştirak edən Lobanovski 1998/99 mövsümündə yarımfinala yüksəlməyi bacarıb.

Arsen Venger ("Monako", "Arsenal")

İngiltərənin kubok canavarı olan əfsanəvi məşqçi Arsen Venger Çempionlar Liqasında bu uğuru nümayiş etdirə bilməyib. 20 mövsüm bu arenada çıxan Venger cəmi bir dəfə finala yüksələ bilib.

Dieqo Simeone ("Atletiko Madrid")

Atletico Madrid ilə 2 Avropa Liqası və 2 Super Kubok qazanan Simeone 11 dəfə Çempionlar Liqasında iştirak etsə də, oynadığı 2 oyunla finaldan yan keçib.

Mirça Luçesku ("Qalatasaray", "Donetsk", "İnter", "Beşiktaş", "Rapid Buxarest", "Dinamo Kiyev")

Bir müddət Türkiyədə də çalışan Luçeskunun aktivində düz 37 kubok var. “Beşiktaş” və “Qalatasaray”la dəfələrlə ölkə çempion olan təcrübəli çalışdırıcı 2000/01 mövsümündə sarı-qırmızılı komandanın UEFA Superkubokunu qazanmasına yardımçı olub.

BAKU.WS