SİZİN REKLAM BURADA!
055 213 76 73


İrlandiyada yerli polis keçmiş UFC (Mütləq Döyüş Çempionatı) çempionu Konor Makqreqora qarşı etnik ədavəti qızışdırmaq ittihamı ilə bağlı istintaqa başlayıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə "Telegraph" nəşrinin məlumatında deyilir.

Makqreqor bir müddət əvvəl ölkədəki iğtişaşlardan danışıb, sosial şəbəkələrdə yazıb ki, hökumət "İrlandiyanın təhlükəsizliyini təmin etməsə", bunu özü edəcək.

İrlandiya polisi nifrət yaymaqda şübhəli bilinən keçmiş UFC çempionuna qarşı istintaqa başlayıb.

Qeyd edək ki, noyabrın 23-də Dublində bıçaqla silahlanmış Əlcəzair vətəndaşı olan şəxs yoldan keçənlərə hücum edərək beş nəfəri yaralayıb. Konor İrlandiya hökumətini və immiqrasiya siyasətini tənqid edib.

BAKU.WS