SİZİN REKLAM BURADA!
055 213 76 73


UFC-nin sabiq çempionu Konor Makqreqor futbol klubu almaq iddiasındadır.

BAKU.WS-in məlumatına görə, döyüşçü Şotlandiyanın "Seltik" klubunun səhmlərini almaq üçün danışıqlara başladığını etiraf edib.
"Həm "Mançester Yunayted" həm də "Seltik" bəyəndiyim klublardır. Gec ya da tez bir idman klubuna sahib olacağam. Hiss edirəm ki, klub üçün böyük işlər görmək gücündəyəm", - deyə Makqreqor bildirib.

Qeyd edək ki, irland qaydasız döyüşçü Konor Makqreqor UFC 264 turniri çərçivəsində 10 iyulda Dastin Porye ilə qarşılaşacaq. Bu idmançıların sayca üçüncü döyüşü olacaq. Bunadək hər idmançı bir dəfə rəqibini üstələyib.

BAKU.WS