SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan idmançısı Eduard Məmmədov Portuqaliyanın Albufeyra şəhərində keçirilən kikboksinqin WAKO versiyası üzrə dünya çempionatının qalibi olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, təmsilçimiz 63 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

E.Məmmədov “Light Contact” və “Kick Light” versiyaları üzrə altı döyüş keçirib. Portuqalya, Britaniya, Qırğızıstan, Macarıstan, Hindistan, finalda isə Slovakiya idmançılarına qalib gələn həmyerlimiz karyerası ərzində 28-ci dəfə dünya çempionu olub.

BAKU.WS