SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.

BAKU.WS xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.

Rəqibinə "ippon"la qalib gələn Fətiyev yarışın qalibi olub.

Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.

BAKU.WS