SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray"ın zədəli kapitanı Fernando Muslera klubu üçün böyük fədakarlıq etməyə hazırlaşır.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Okan Buruka İkardi kimi iynə ilə oynamaq istədiyini deyib.

Məlumata görə, Musleranın 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Xatırladaq ki, qolkiper "Kasımpaşa" ilə matçda zədələnib. Muslera bu mövsüm "Qalatasaray"ın heyətində 20 oyun keçirib. Uruqvaylı qolkiper bu görüşlərdə 18 qol buraxıb və 9 matçda qapısını toxunulmaz saxlayıb.

BAKU.WS