SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" Fernando Musleranın müqaviləsini daha bir il uzatmağı planlaşdırır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 36 yaşlı qapıçının müqaviləsi 2024-cü ildə bitir.

"Cim-Bom" hər çempionatda göstərdiyi yüksək performansa liderlik edən Fernando Musleranı tərk etmək fikrində deyil. Sarı-qırmızılar uruqvaylı qolkiperlə 2024-cü ildə başa çatacaq müqaviləni daha bir il uzatmaq niyyətindədir.

Qeyd edək ki, Muslera "Qalatasaray" karyerasında 465 matça çıxıb. 35 yaşlı qolkiper bu görüşlərdə 494 qol buraxıb, 167 matçda qol buraxmayıb.

BAKU.WS