SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Qalatasaray” klubu 12 illik qapıçısı Fernando Musleraya yeni iş təklifi etmək istəyir.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub uruqvaylı qapıçıya 1 illik müqaviləsi başa çatdıqdan sonra texniki heyətə qoşulmaq təklifi edəcək.

Muslera bu təklifi qəbul etməsə, ölkəsinə qayıdacaq.

Xatırladaq ki, “Qalatasaray”ın əfsanələri sırasına adını yazdıran 12 illik qapıçısı Fernando Muslera 2011-ci ildə "Latsio"dan transfer edilmişdi.

BAKU.WS