SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Qalatasaray” klubu 12 illik qapıçısı Fernando Musleraya əvəzləyici tapıb.

BAKU.WS Sabah nəşrinə istinadən xəbər verir ki, xaricdən transfer qadağası səbəbilə klubun hədəfi Super Liqa təmsilçisi “Kasımpaşa”nın formasını geyinən Günay Güvençdir.

Təcrübəli qapıçı almaq istəyən “aslanlar” yeni mövsümdə 8+3 qaydası təsdiqləndiyi üçün yerli qapıçıların transferini daha məqsədəuyğun bilir.

Zəlzələ səbəbindən 4 aydır “Qaziantep FK”dan “Kasımpaşa”ya transfer olunan Günay Güvençin də "Qalatasaray"a keçmək istədiyi bildirilir. Futbolçunun yeni mövsümdə "Qalatasaray" forması geyinəcəyi gözlənilir.

Qeyd edək ki, “Qalatasaray”ın əfsanələri sırasına adını yazdıran 12 illik qapıçısı Fernando Muslera 2011-ci ildə "Latsio"dan transfer edilmişdi.

BAKU.WS
QALEREYA